Zərif: "Trampsız dünya daha gözəl olacaq"


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış ABŞ prezidenti Donald Trampla bağlı bəzi fikirlər səsləndirib. 
Yeniavaz.com "İHA"ya istinadən xəbər verir ki, İran xarici işlər naziri bu barədə öz sosial şəbəkə hesabında məlumat yerləşdirib. Zərif, ABŞ prezidenti Donald Trampla bağlı danışarkən onsuz bir dünyanın daha gözəl olacağını ifadə edib. O deyib ki, Tramp administrasiyasında yer alan radikallar, Trampın insanlığa vurduğu zərərin hələ də fərqində deyillər. 
İranın Xarici İşlər naziri, ABŞ-ın Yəməndə husiləri terror təşkilatı kimi siyahıya almasını məsələsinə də toxunub. Bunu tənqid edən Zərif, bu qərarın Yəməndə atılan sülhə ziyan vurduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top