Özünü DİN-nin əməkdaşı kimi təqdim edən komendant sakinlərin işığını kəsib - VİDEO


Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Yeni Bakı" yaşayış kompleksində  özünü Daxili İşlər Nazirliyinin mayoru və Prezident təqaüdçüsü kimi təqdim edən İsrafil adlı şəxs sakinlərin işığını kəsib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Sakinlərdən biri bildirir ki, sözügedən şəxs onların “Azərişıq”a borcu olmadığı halda qanunsuzluq edərək işıqlarını kəsir. Kommunal xidmətlə heç bir müqavilənin olmadığını dedikdə isə İsrafil adlı şəxs “Gəlin müqavilə bağlayaq, bəlkə də var müqavilə, bilmirəm” sözlərini deyib.
Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, adıçəkilən şəxs Daxili İşlər Nazirliyinin əməkdaşı deyil və həmin yaşayış kompleksində komendant vəzifəsində çalışır.

DİGƏR XƏBƏRLƏR

Top