Almaniya karantin qaydalarını yenidən sərtləşdirməyə hazırlaşır


Almaniya hökuməti ölkədə yeni növ koronavirusun artması səbəbilə karantin tədbirlərini gücləndirməyə hazırlaşır.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Almaniya kansleri Angela Merkel yeni karantin tədbirləri ilə bağlı yanvarın 19-da bölgə rəhbərləri görüşlər keçirəcək. 
Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefen Seybert məlumat verib. “Bild” qəzetinin xəbərinə görə Merkel koronavirusun yayılmağa başlayan mutasiyası səbəbilə belə bir qərar vermək istəyir. Nəşr həmçinin bildirib ki, ən az fevral ayının axırına qədər Almaniyada ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıla hətta ölkədə komendant saatı tətbiq edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top