"Tanınmış şəxslər icazə almaqla hərbi formadan istifadə edə bilərlər" - Anar Eyvazov


“Aktyorlar, müğənnilər və digər tanınmış şəxslər yalnız Müdafiə Nazirliyi və digər müvafiq qurumlardan icazə almaqla hərbi formadan istifadə edə bilərlər”.

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov deyib. O bildirib ki, səfərbərlik üzrə orduya çağırılmış və tərxis olmuş şəxslər mövcud qaydalara əməl etməlidirlər.

Onun sözlərinə görə, bura həmçinin, tanınmış şəxslər də aiddir: “Hərbi formadan istifadə hüququ olmayan şəxslər yalnız müvafiq qurumların icazəsi əsasında hansısa videoçarx, film və digər tədbirlər üçün istifadə edə bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top