Rusiyada uşaqlara it və pişik hədiyyə etmək qadağan ediləcək

Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi “Heyvanlarla məsuliyyətli davranma haqqında” qanun layihəsinə xeyli sayda dəyişikliklər etməyə hazırlaşır. “Yeniavaz.com”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dəyişikliklər ilk növbədə heyvanların satışı və hədiyyə edilməsi ilə əlaqədardır. Belə ki, pişik və ya it balasını satmaq və ya hədiyyə etmək qadağan ediləcək. Düzəlişlərdə deyilir ki, 16 yaşından kiçik vətəndaşlara heyvanların hədiyyə edilməsi, satışı qadağan edilir”. Heyvan hüquq müdafiəçiləri bu məhdudiyyətdəki məntiqi onunla izah edirlər ki, uşaqlarda məsuliyyət hissi kifayət qədər formalaşmayıb və hədiyyə edilmiş it və ya pişik balası valideynlər üçün yükə çevriləcək və ya ən azı heyvanlar küçələrdə qalacaqlar. Bundan başqa məmurlar itləri gəzdirmə qaydalarını dəyişmək qərarına gəliblər. Artıq cilov və ağızlıq kifayət etməyəcək. Belə ki, it sahibi küçəyə çıxmazdan əvvəl öz qüvvəsini və sağlamlıq vəziyyətini də qiymətləndirməlidir. Dəyişikliklər it, xoruz və digər heyvanların döyüşlərini və buna pul qoyuluşlarını qadağan edir. Buna əməl etməyənlər 5 min rubladək cərimələnəcək.

DİGƏR XƏBƏRLƏR

Top