Mərkəzi Bankın yeni binası trilyonlarla vəsaitin saxlanıldığı FED binasından 6 dəfə hündür olacaq - FOTOLAR


Xəbər verdiyimiz kimi, dünən Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti Azərbaycan Mərkəzi Bankı üçün 218 milyon avroya (452 milyon manat) başa gələcək yeni inzibati bina inşa edəcəyini açılayıb.
Yeniavaz.com xəbər verir ki, Mərkəzi Bank tender elanının ötən ilin fevral ayında verib.
Tender elanında qeyd olunurdu ki, yeni inzibati bina Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev Prospekti, 109 ünvanda yerləşəcək.
Binanın tikinti sahəsi 33 200 kvadrat metr ərazini əhatə edəcək. Ümumi sahəsi  67 926 kvadrat metr olacaq binanın hündürlüyü 160 metrə çatacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının yeni inzibati binası sahəsinə və hündürlüyünə görə dünyadakı analoji binalardan dəfələrlə böyük olacaq.
Müqayisə üçün bildirək ki, sərəncamında 6,4 milyard dollar valyuta ehtiyatı olan Azərbaycan Mərkəzi Bankının yeni inzibati binası 160 metr olacağı halda, sərəncamında trilyonlarla dollar vəsait olan ABŞ Mərkəzi Bankının (FED - Federal Reserve System) inzibati binasının hündürlüyü 26 metrə bərabərdir.
Bundan başqa dünyanın ən böyük 8 iqtisadiyyatından birinə sahib olan Rusiyanın Mərkəzi Bankı 3 mərtəbəli tarixi binada yerləşir. İnkişaf etmiş iqtisadiyyata sahib olan İtaliyanın Mərkəzi Bankı 37 metr hündürlüyü olan tarixi “Palazzo Koch” binasında fəaliyyət göstərir. Avropanın və eləcə də dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Fransanın Mərkəzi Bankının binası cəmi 25 metr hündürlüyə sahibdir.

Rusiya Mərkəzi Bankı
 
İtaliya Mərkəzi Bankı


Fransa Mərkəzi Bankı

Norveç Mərkəzi Bankı

 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top