Bu gün Türkiyənin İstanbul şəhərində koronavirus əleyhinə ilk peyvəndlənmə işləri başlanır.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, peyvəndlər ilk olaraq Oxmeydanı Təhsil və Araşdırma Xəstəxanasının personalına tətbiq olunur.
Qeyd edək ki, ötən gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca da canlı efirdə koronavirus əleyhinə peyvənd olunmuşdu.