AŞPA həmməruzəçilərinin Azərbaycan səfərinin vaxtı məlum olub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-də Azərbaycana səfər edəcək.

"Yeniavaz.com" xəbər verir ki, bu barədə Report-a AŞPA-nın mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsidir.

Səfər yanvarın 14-də yekunlaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top