
ABŞ-da, prezident Donald Trampın tərəfdarlarından konqres binasına zorla daxil olan 68 nəfər polis tərəfindən saxlanılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, polis araşdırmaları davam etdirilir. Digər şübhəlilərin də müəyyənləşdirilməsi üçün iş aparılır.
Qeyd edək ki, konqres binasına basqın prezident Donald Trampın "Amerikanı Qurtar!" mitinqindən sonra baş verib.