Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Voklus TT Qrup” MMC olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, "Voklus TT Qrup” MMC BNA-nın sifarişi əsasında “Dəftərxana, mətbəə, çap işləri üzrə mal-materiallar və digər işlərin satın alınması”nı həyata keçirəcək. Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA "Voklus TT Qrup” MMC -yə 28 min 249 manat 95 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, "Voklus TT Qrup” MMC 04.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40”da yerləşir. Qanuni təmsilçisi Rəhimov Bayram Tahir oğlu olan "Voklus TT Qrup” MMC cəmi 4 ay əvvəl dövlət qeydiyyatına alınmasına baxmayaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin keçirdiyi 2 tender müsabiqəsinin qalibi olub. "Voklus TT Qrup” MMC oktyabr ayında “Qobu Park-3” yaşayış kompleksinə II mərhələdə 536 məcburi köçkün ailəsinin köçürülməsi” xidməti üçün “Qaçqınkom”dan 95 min 944 manat, dekabr ayında isə “Santexnika mallarının alışı” üçün 8 min 380 manat alıb.
Məlumat üçün bildirək ki, “Qaçqınkom”müsabiqə elanını sentyabr ayının 25-də elan edib. 96 min manatlıq tender müsabiqəsinin qalibi olan "Voklus TT Qrup” MMC bu elandan təxminən ay yarım əvvəl – avqust ayının 4-də dövlət qeydiyyatına alınıb.
Maraqlı məqamlardan biri də odur ki, "Voklus TT Qrup” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə onlarla şirkət qeydiyyata alınıb və bu şirkətlərin nizamnamı kapitalları eyni olub, həmçinin adlarında bənzərlik olan bu MMC-lərin qanuni təmsilçiləri də eyni şəxslər olub.
"Voklus TT Qrup” MMC ilə birgə “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Adı | Ünvan | Nizamnamə kapitalı | Qanuni təmsilçi |
Qeydiyyat tarixi |
“Ayfoks as Qrup” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Əliəkbərov Əfqan Qinyaz | 20.07.2020 |
“Semka Qrup” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Əliəkbərov Əfqan Qinyaz | 20.07.2020 |
“Luks az Qrup” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Əzizov Müşfiq Tofiq | 23.07.2020 |
“Lakseta az Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Əzizov Müşfiq Tofiq | 23.07.2020 |
“Furlon km Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Həsənov Rabil Tanrıverdi | 23.07.2020 |
“Deblo as Constraksen” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Həsənov Rabil Tanrıverdi | 23.07.2020 |
“Sultan az Qrup” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Fərzəliyev Hacı Dairoviç | 24.07.2020 |
“Titul az Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Rəhimova Günel Bayram | 28.07.2020 |
“Qurman az Qrup” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Rəhimova Günel Bayram | 28.07.2020 |
“Helkom Qrup” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Əzizov Əziz Tofiq | 29.07.2020 |
“Luks az Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Əzizov Əziz Tofiq | 30.07.2020 |
“Gerlok az Constraksen” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Əzizov Əziz Tofiq | 30.07.2020 |
“Voklus tt Qrup” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Rəhimov Bayram Tahir | 04.08.2020 |
“Nerlom az Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Rəhimov Bayram Tahir | 04.08.2020 |
“Mermer ttc Onstraksen” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Rəhimov Bayram Tahir | 04.08.2020 |
“Sımurq Constraksen” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Rəhimova Günel Bayram | 04.08.2020 |
“Conus as Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Rəhimova Mahirə Narəddin | 04.08.2020 |
“Xasıko as Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | İmanıyev Xəzər Ənvər | 10.08.2020 |
“Duklos tt Constraksen” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | İmanıyev Xəzər Ənvər | 10.08.2020 |
“Pormeks az Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | İmanıyev Xəzər Ənvər | 10.08.2020 |
“Omılon az Qrup” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Əzizli Murad Cümşüd | 10.08.2020 |
“Celsum az Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Yusifov Adıgözəl Mənsur | 11.08.2020 |
“Geo ts Constraksen” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Yusifov Adıgözəl Mənsur | 11.08.2020 |
“Enlot Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | İbrahimova Aytən Vüqar | 20.08.2020 |
“Furusko Qrup” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | İbrahimova Aytən Vüqar | 20.08.2020 |
“Valrum Constraksen” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | İbrahimova Aytən Vüqar | 20.08.2020 |
“Pomen as Constraksen” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Abdullayev Cavidan Elçin | 20.08.2020 |
“Ruklon az Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Skvortsov Arkadiy Sergeyeviç | 11.09.2020 |
“Elfın TC” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Skvortsov Arkadiy Sergeyeviç | 11.09.2020 |
“Ruklon az Qrdup” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Skvortsov Arkadiy Sergeyeviç | 11.09.2020 |
“Bıqfın az Constraksen” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Skvortsov Arkadiy Sergeyeviç | 11.09.2020 |
“Rekor RT” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Denisov Dmitriy Valeryeviç | 15.09.2020 |
“Ambra az Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Denisov Dmitriy Valeryeviç | 15.09.2020 |
“Mılber az Constraksen” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Denisov Dmitriy Valeryeviç | 15.09.2020 |
“Alkantra az Grup” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Denisov Dmitriy Valeryeviç | 15.09.2020 |
“Tablo az Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Səlimov Kənan Əhəd | 21.09.2020 |
“Cenub az Ltd” | Məşədi Hilal Kazımov ev 40 | 10 manat | Əhmədov Fuad Elxan | 21.09.2020 |
Onu da qeyd edək ki, “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan şirkətlərlə Bakının başqa bir “sirli ünvan”ında - “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydiyyatda olan şirkətlər arasında əlaqə mövcuddur. Belə ki, noyabr ayında hərbi hissələrdən birinin keçirdiyi 192 min manatlıq tender müsabiqəsinin qalibi “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40” ünvanında qeydə alınan “Ruklon Az Ltd” MMC olub.
“Ruklon Az Ltd” MMC-nin qanuni təmsilçisi Skvortsov Arkadiy Sergeyeviç “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda da başqa bir şirkəti qeydiyyatdan keçirib. 08.09.2020-ci il tarixində Skvortsov Arkadiy Sergeyeviç “2-ci Zabrat dairəsi ev.133 m.72” ünvanında “Okean az Grup” adlı şirkəti qeydiyyatdan keçirib.
Qeyd olunan ünvanda qeydiyyatdan keçən şirkətlərin siyahısı ilə BURDAN tanış ola bilərsiniz.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.