Polisin əmrinə tabe olmayan “KamAz” sürücüsü tutuldu - YENİLƏNİB + FOTO/VİDEO​

Sosial şəbəkələrdə polisin qanuni tələblərini yerinə yetirməyən “KamAz” sürücüsü ilə bağlı tədbir görülüb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, həqiqətən, dekabrın 18-də, saat 21:00 radələrində Xətai rayonu, Nobel prosoekti ilə hərəkətdə olan “Kamaz” markalı, 10 HZ 667 dövlət nömrə nömrə nişanlı avtomobili idarə edən Şüvəlan qəsəbəsi sakini, 36 yaşlı Məmmədov Balaəhməd Ağaəhməd oğlu sənədləri qaydasında olmadığı üçün polis tərəfindən verilən “Saxla” işarəsinə əməl etməyərək qaçmağa cəhd göstərib.

Buna baxmayaraq, polis əməkdaşlarının operativliyi və təhlükəsizlik qaydalarını nəzərə alaraq, gördüyü tədbirlər nəticəsində sürücü avtomobillə birlikdə saxlanılıb.

Nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa qoyulub, sürücü barəsində isə müvafiq araşdırma aparılmaqla Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə təhvil verilib.

Sürücü barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb.

***11:06

Bakıda polisin qanuni əmrinə tabe olmayan “KamAz” sürücülərə təhlükə törədib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Daxili İşlər Nazirliyinin post-patrul xidməti yolda avtomobillərin hərəkətinə mane olan “KamAz” markalı yük maşınına “Saxla” əmri versə də, ağır tonnajlı avtomobilin sürücüsü polislərin bu əmrinə tabe olmayıb.

Sürücü qarşı yola keçərək hərəkətini davam etdirib.

DİGƏR XƏBƏRLƏR

Top