Ötən gün Cəbrayıl və Füzulidən daha 64 erməni əsgərinin meyiti Ermənistana aparılıb.
Bu barədə Qarabağda qardaşını və qardaşı oğlunu axtaran Arsen Qukasyan bildirib.
“İndi (dünən axşam-red) hökumət binasının qarşısındayam, burada yekun vurulur. Bugünkü məlumata görə, 64 meyit gətiriblər. 41-i Cəbrayıldan, 23-ü Füzulidən”, - deyə o bildirib.
Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində 3 000-ə yaxın insan itkisinin olduğunu etiraf etmişdi. Ermənistanın səhiyyə nazirinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, müharibə zamanı öldürülmüş 2 966 erməni hərbi qulluqçunun meyitinin tibbi məhkəmə ekspertizasını keçirilib. Son günlər açıqlanan rəqəmlər ermənilərin itkilərinin sayının 3 000-i ötdüyünü sübut edir.
Daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsində ölkənin insan itkisinin sayının az olduğunu iddia edib. Lakin Səhiyyə Nazirliyi bununla Müdafiə Nazirliyinin iddialarını təkzib edib.//report