İrəvanda on minlərlə insan Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifət Azadlıq meydanına toplaşıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, mitinqdə keçmiş baş nazir Vazgen Manukyan da iştirak edib.
Mitinqdə iştirak edənlər arasında digər müxalifət partiyalarının liderləri də olub. Aksiyada Nikol Paşinyanın ünvanına müxtəlif tənqidi fikirlər səsləndirilib.