ABŞ bu ölkədən bütün ordusunu geri çəkir


ABŞ prezidenti Donald Tramp Ağ evi təhvil verməzdən əvvəl daha bir addım atıb.
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, Donald Tramp ABŞ hərbi kontingentinin demək olar ki hamısının Somalidən geri çəkilməsi haqda qərar verib. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Somalidə olan ABŞ hərbçiləri başqa ölkələrə köçürüləcək. 2021-ci ilin əvvəllərindən qüvvəyə minəcək qərara əsasən həmin birliklərin böyük bir hissəsinin Keniya və Cibutiyə göndəriləcəyi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top