Ter-Petrosyan vətəndaş müharibəsi təhlükəsi ilə bağlı ermənilərə xəbərdarlıq etdi


Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkədə vətəndaş müharibəsi təhlükəsi olduğunu bildirib.
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, Ter-Petrosyan Ermənistanda etiraz aksiyaların artması ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, belə hallar vətəndaş müharibəsinə çevrilə bilər:
“Şiddət və ya təxribat nəticəsində qarşı tərəflərin iradəsindən asılı olmayaraq, hakimiyyət uğrunda mübarizə prosesinin böyüməsi səbəbilə dərin narahatlıq keçirirəm”.
Qeyd edək ki, noyabrın ortalarından başlayaraq Ermənistanda hökumət əleyhinə etirazlar başlayıb. Müxalifət, keçmiş baş nazir Vazgen Manukyanı hökumətin başına gətirmək istəyirlər. Bu istiqamətdə isə hər cür addımı atacaqlarını deyiblər. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan isə istefa verməyəcəyini, mübarizəni davam etdirəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top