Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB

Azərbacan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu ilin 5 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.


***14:44
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Byaramov və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. 
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, danışıq zamanı Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi və tərəflərin rus sülhməramlıları ilə qarşılıqlı fəaliyyəti məsələsi müzakirə olunub. XİN başçıları həmçinin, ikitərəfli əməkdaşlığın aktual mövzuları və beynəlxalq gündəmdəki bəzi məsələlərin həyata keçirilməsi barədə də fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top