Paşinyan: "42 milyon dollara aldığımız hərbi texnikanın heç biri işləmədi"


Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi barədə yeni açıqlamalar verib.
Yeniavaz.com
xəbər verir ki, Paşinyan “Facebook” vasitəsilə canlı yayımda ikən İkinci Qarabağ müharibəsi barədə yeni detalları açıqlayıb. O, müxalifət tərəfindən tənqid edildiyini ancaq, təkbaşına heç bir qərar vermədiyni bildirib:
“Məndən əvvəlki bütün liderlərin apardığı siyasət tamamilə uğursuz olub. Əgər Rusiya ilə bugünə qədər yaxşı münasibət qursaydınız, müttəfiqimiz olan ölkə Qarabağın statusu ilə bağlı məsələni gündəmdən çıxarmazdı. Yeri gəlmişkən müharibənin ilk günü parlamentə çıxıb dedim ki, döyüşləri dayandıra bilərəm. Ancaq, heç kəs bunu istəmədi. İndi bütün günahları nə üçün mənim üzərimə atırsınız?"
Paşinyan çıxışının davamında bildirib ki, alınan bəzi hərbi texniki vasitələr ümumiyyətlə işləməyib:
“Məni ittiham edirlər ki, hava sahəsini niyə bağlamadıq. Bu sadəcə mümkün olmadı. Çünki, 42 milyon dollara aldığımız texnikaların heç biri işləmədi”.

DİGƏR XƏBƏRLƏR

Top