Rusiyanın "Sputnik V" peyvəndinin ilk hissəsi Serbiyaya çatıb​


Rusiya tərəfindən hazırlanmış "Sputnik V" koronavirus peyvəndi birgə istehsal üçün Serbiyaya göndərilib. 
Yeniavaz.com "DHA"ya istinadən xəbər verir ki, peyvəndlərin ilk hissəsi paytaxt Belqrada çatıb. 
Serbiya rəsmiləri Belqrada gələn "Sputnik V" koronavirus peyvəndinin klinik testlərini aparacaqlar. 
Qeyd edək ki, Rusiya Sənaye və Ticarət Nazirliyi Serbiyanın, "Sputnik V"nin ortaq istehsalının mümkünlüyünü analiz etməyə hazır olduğunu, laborator araşdırmalar üçün lazım olan peyvəndin bir partiyasının bu həftə Serbiyaya çatdırılacağı haqqında məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top