Azərbaycanlı polkovnik Ermənistan ərazisində qalan məzarları ziyarət edib? – Erməni mətbuatı


Ermənistanın Kəlbəcər rayonu ilə həmsərhəd olan Geğarkunik bölgəsinin Kut (Zərkənd) kəndinin sakinləri iddia edirlər ki, azərbaycanlı hərbçilər gecələr kəndin yaxınlığındakı məzarlığı  ziyarət edirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı “aysor.am” saytı yayıb.
Kənd sakinlərindən biri “aysor.am” saytına deyib ki, beş gündür kənddəki itlər daim hürürlər: “Qəbirləri evimizdən cəmi 150-200 metr məsafədədir. Hətta məzarlarının yanına kimi gəldilər və geri döndülər. Azərbaycanlı polkovnik məzarlardan birinə baxdı və daha sonra “Sotk” (“Zod”) qızıl mədəni istiqamətində getdilər” . 
Qeyd edək ki, ermənilərin Kut dedikləri kənd vaxtı ilə azərbaycanlıların yaşadığı Zərkənd kəndidir. Kəndin yaxınlığındakı məzarlıq da azərbaycanlılara aiddir.  
1988-ci ildə azərbaycanlıların keçmiş Ermənistan SSR-dən deportasiyası zamanı Zərkənd kəndinin 1500-ə yaxın sakini də yaşadıqları dədə-baba torpaqlarını tərk etmək məcburiyyətində qalıb.

DİGƏR XƏBƏRLƏR

Top