Ermənistanın baş naziri Nikol Paşinyan 9 noyabrdan bugünə qədər münaqişə zonasından 600-dən çox cəsəd çıxardıqlarını bildirib.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, Paşinyan itkin düşən hərbçilərinin axtarışlarının davam etdirildiyini deyib:
“Burada vacib bir məqamı qeyd etmək istəyirəm ki, razılıq əldə olunduqdan sonra münaqişə zonalarından 600-dən çox cəsəd çıxarmışıq. 500-dən çox meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi hələ davam etdirilir. Böyük ehtimalla bunlar itkin düşən hərbçilərimizin cəsədləridir. Bugünə qədər 135 cəsədin şəxsiyyəti müəyyənləşdirilib yaxınlarına təhvil verilib”.
Qeyd edək ki, Ermənistan tərəfindən verilən rəsmi açıqlamaya görə, itkilərinin sayı 1800-dən çoxdur. Ermənistanın Səhiyyə Nazirliyi isə 2700-dən çox hərbçilərinin tibbi ekspertizadan keçdiyini vurğulayıb.
Ancaq Azərbaycan Silahlı Qüvvələri tərəfindən yayımlanan video-materiallar və məlumatlar bu rəqəmin dəfələr böyük olduğunu göstərir.