Rusiya pilotsuz təyyarələri vura biləcək yeni silah hazırlayır


Rusiyalı mütəxəssislər vertolyot tipli pilotsuz təyyarə bazasında uzaq mənzilli radar nəzarət kompleksinin hazırlanmasına başlayıb.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, Rusiya noyabr ayından etibarən aşağı sürətlə və alçaq yüksəkliklərdə uça bilən pilotsuz təyyarələri tuta bilən və zenit-raket kompleksləri ilə əlaqədə olan pilotsuz helikopterin hazırlanmasına başlayıb.
Bu barədə “Ria Novosti”yə danışan mənbə bildirib ki, silahlı dronları vura bilən yeni sistem qısa müddətdə hazırlanıb təhvil veriləcək.
Mənbə həmçinin bildirib ki, Rusiyada ağır hücum pilotsuz təyyarələrin istehsalı prosesi bir müddətdir davam etsə də hələlik bu tip dronların kütləvi istehsalına başlanılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top