2021-ci ilin bayram günləri açıqlandı - Baş nazirdən qərar


Nazirlər Kabineti 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.

DİGƏR XƏBƏRLƏR

Top