Koçaryan: “İyulda sərhəd münaqişəsinə Ermənistan səbəb olub, bu ölümcül bir səhv idi”

“Hər şey erməni tərəfinin iyul ayında Tavuşda sərhəd münaqişəsinə səbəb olması ilə başladı”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib. “Bir ay əvvəl baş qərargah rəisinin Ermənistanın müharibəyə hazır olmadığını məruzə etdiyini nəzərə alsaq, bu ölümcül bir səhv idi”, - deyə R.Köçaryan bildirib.
Koçaryan bildirib ki, Paşinyan baş qərargah rəisinin müharibə aparmağın mümkünsüzlüyü barədə hesabatını aldıqdan dərhal sonra müharibəni dayandırmalı idi: "Müharibənin 4-cü gündə Paşinyan müharibəni dayandırmaq üçün "Lavrov planını" qəbul etməli idi. O zamana qədər hələ ki, 500 nəfər itki var idi. Müharibəni daha əlverişli şərtlərlə dayandıra bilərdi. Azərbaycan Silahlı Qüvvələri cəmi 5 km irəliləmişdi".

Koçaryan keçmiş müdafiə naziri David Tonoyanın "yeni müharibə, yeni ərazilər" tezisini də qınayıb. Onun sözlərinə görə, bu tezis başqa bir müharibəyə və Bakı ilə Ankara arasında daha sıx hərbi əməkdaşlığa səbəb oldu. 
Ermənistan sabiq prezidenti Qarabağda havadan hücum müdafiə sisteminin işə yaramamasından bəhs edib: "Hakimiyyət Qarabağ üzərindəki hava sahəsinin tamamilə bağlandığını bildirirdilər. Amma tamamilə açıq olduğu ortaya çıxdı. Edilən 120 milyon dollarlıq ianə ilə hakimiyyət Qarabağ səmasını bağlamaq üçün müdafiə kompleksləri ala bilərdi. Ancaq bunun yerinə TOR və istifadə olunmayan Su-30 alındı".
Koçaryan Paşinyanın müharibənin ilk günləri ağız dolusu bəhs etdiyi amma uğursuzluğa düçar olan əməliyyat planından da danışıb:
"Azərbaycan Silahlı Qüvvələri cənubdan irəliləyirdi. Qoşunlarımız onları saxlaya bilmədi. Paşinyan RBK-ya verdiyi müsahibədə qürurla danışdığı əməliyyat planı var idi. Hansı ki, bir çox hərbi ekspert tərəfindən bəyənilməmişdi. Bu əməliyyat nəticəsində bir korpus və Stepanakert (Xankəndi - red.) alayı məğlub oldu. Bundan sonra, bu istiqamətdə gücün bərpası artıq mümkün deyildi. Bu da məğlubiyyətin səbəblərindən biridir".

Koçaryan Paşinyana istefa üçün təhlükəsizlik zəmanəti verməyə çağırış edib: "Onu buraxın getsin. Əgər gedişi üçün təhlükəsizlik zəmanətinə ehtiyac varsa, ona belə təminat verilməlidir".

DİGƏR XƏBƏRLƏR

Top