Rus jurnalistlərin Türkiyədə saxlanılma səbəbi məlum oldu – “Bayraktar” istehsal olunan yerdə...


Rusiyanın NTV televiziyasının jurnalistləri Türkiyədə saxlanılıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir  ki, Rusiyanın NTV kanalının iki əməkdaşı, reportyor Aleksey Petruşko və operator İvan Malışkin Türkiyədə saxlanılıb. Rusiya Xarici İşlər Nazirliyi, jurnalistlərin tutulması ilə bağlı Türkiyə rəsmiləri ilə təmasda olduğunu açıqlayıb. Mövzu ilə bağlı Türkiyə polisindən açıqlama verilib. Bildirilib ki, hər iki jurnalistin saxlanılma səbəbi silahlı pilotsuz təyyarələrin istehsal edildiyi “Baykar” şirkətinin ərazisində çəkiliş etmələri olub. Faktla bağlı əlavə məlumatların veriləcəyi bildirilib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top