Dünyada COVID-19-dan ölənlərin sayı 1 milyon 500 mini ötdü


Dünyada yeni növ koroanvirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
 “worldometers”ə istinadla xəbər verir ki, dünyada COVİD-19-dan ölənlərin sayı 1 milyon 514 min 669-a, yoluxanların sayı isə 65 milyon 667 min 823-ə çatıb. 45 milyon 527 min 47 nəfər isə bu müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 14 milyon 542 min 44 nəfər koronavirusa yoluxub, 282, min 975 nəfər isə ölüb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top