
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Azərbaycana gələcəyini açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Ayasofyada qılınan cümə namazından sonra jurnalistlərə açıqlama verib. Türkiyə prezidenti bildirib ki, həyat yoldaşı ilə birlikdə Azərbaycana səfər edəcək: “Dəyərli qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. Bildirdi ki, erməniləri elə çox istəyirsinizsə Marsiliyanı onlara verin. Eyni tövsiyəni mən də verirəm. Azərbaycanlı qardaşlarımız torpaqlarını işğaldan azad etdilər. Qismət olarsa dekabrın 8-I həyat yoldaşımla birlikdə Bakıda keçiriləcək mərasimə qatılacağam”.