Keçən həftə yıxılaraq ayağı 3 yerdən çatlayan ABŞ prezidenti Co Bayden həmin hadisə barədə danışıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, noyabr ayında 78 yaşı tamam olan Co Bayden jurnalistlərə verdiyi müsahibədə hadisənin itlə oynayarkən baş verdiyini bildirib:
Hamamdan təzəcə çıxmışdım, evin koridoru ilə gedirdim. İtim Mayor mənimlə oynamağa başladı. Mən ona tərəf top atdıb quyruğundan tutdum. Bu vaxt ayağımın altındakı xalça sürüşdü və mən yıxıldım. Ayağım 3 yerindən çatladı”.
Qeyd edək ki, Co Bayden 3 noyabrda keçirilən preizdent seçkilərində qalib gələrək ABŞ prezidenti seçilib.