Qarabağın işğaldan azad edilməsi üçün başlayan Vətən Müharibəsində sağ ayağını itirmiş qazi Abbas Abbaslının evinə qayıdarkən çəkilmiş fotosu Türkiyənin rəsmi informasiya agentliyi "Anadolu" tərəfindən həftənin fotosu seçilib.
Yeniavaz.com xəbər verir ki, fotoda qazini yaşadığı evin qarşısında əllərində Azərbaycan və Türkiyə bayraqları olan insanların qarşılaması əks olunub.