Deputatdan Türkiyə sülhməramlıları ilə bağlı qəribə açıqlama - VİDEO


Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib.
Yeniavaz.com “Mediapost”a istinadla xəbər verir ki, Rasim Musabəyovun müsahibəsi sosial şəbəkələrdə söz-söhbətə səbəb olub. O, müsahibəsində türk ordusunun bölgəyə gəlib Azərbaycan və Ermənistan arasında qalmasının mənası olmadığını bildirib: "Türk ordusu ermənilərə təhlükəsizlik hissindən daha çox bunun əksini yaşadır".
Məsələ ilə bağlı haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev facebook səhifəsində bu sözləri yazıb:
“Deputat Rasim Musabəyov Türk qoşunlarının Azərbaycanda sülhməramlı əməliyyatlarda iştirakının əleyhinə çıxdı. Çox yaramaz adamdır, həmişə yazıb demişəm”.
Rasim Musabəyov deyilən tənqidlərə belə münasibət bildirib:
“Məndən əl çəkin. Heç özüm o müsahibəni görməmişəm, oxumamışam. Belə boş-boş məsələlərə görə məni narahat etməyin”. 
Qeyd edək ki, Rasim Musabəyov Azərbaycan – Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupunun rəhbəridir.

 

DİGƏR XƏBƏRLƏR

Top