Qardaşı Aprel, özü Şuşa döyüşlərində şəhid olub - VİDEOREPORTAJ

"İkisi də hərb sənəti seçməklə mənim arzularımı gerçək edib. Uşaqlıqdan hərb sənətinə marağım çox olub. Gələndə ikisinin də alnından öpərdim ki, arzularımı doğrultdunuz. Düşmən bilməməlidir ki, şəhid hərbçi anası bükülmür. Biz onlara göstərməliyik ki, igidlərin dalında igid durur". 

Yeniavaz.com xəbər verir ki, bunu AzTV-yə müsahibəsi zamanı Masallı rayonundan olan şəhid qardaşlar İntiqam və Nurlanın anası Ziba Isgırova deyib.

Nurlan Əsgərov Aprel döyüşlərində, İntiqam Əsgərov işə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Hər ikisi XTQ-nin giziri idi. Aprel döyüşlərində Nurlanın cansız bədənini döyüş meydanından qardaşı İntiqam çıxarmışdı. AzTV-nin bu barədə hazıladığı geniş reportajı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top