Türkiyənin sabiq Müdafiə naziri vəfat etdi


Türkiyənin keçmiş Milli Müdafiə naziri Nevzat Ayaz vəfat edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş nazir müalicə aldığı Acıbadem-Kadıköy xəstəxanasında 90 yaşında vəfat edib.
Acıbadem Kadıköy Xəstəxanasının Baş Həkimi Dr. Mustafa Candan Nevzat Ayazın ölümü ilə əlaqədar açıqlama verib ki, o, 22 Noyabr 2020-ci il tarixində xəstəxanaya gətirilib. Septik şok diaqnozu ilə ümumi reanimasiya şöbəsinə yerləşdirilib. Bütün müdaxilələrə rəğmən keçmiş nazir bu gün səhər saatlarında dünyasını dəyişib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top