Müxalifətin Paşinyanın yerinə gətirmək istədiyi şəxs Qarabağın işğalına rəhbərlik edib - DOSYE


Ermənistanda fəaliyyət göstərən 10-dan çox siyasi partiya Nikol Paşinyanın istefa verməsini və onun yerinə Vazgen Manukyanın baş nazir seçilməsi təklifini irəli sürüb.

Yeniavaz.com xəbər verir ki, baş nazirliyə namizədliyi irəli sürülən 74 yaşlı Vazgen Manukyan Ermənistanın ilk baş naziri olub.

Vazgen Manukyan 1988-ci ildə Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə İrəvanda yaradılan “Qarabağ” komitəsinin təsisçisi olub. İrəvanda keçirilən mitinqlərdə təşkilatçı olub və 1988-ci ildə həbs edilib.
1990-1995-ci illərdə Ermənistan parlamentinin üzvü olub. 1990-1991-ci illərdə Baş nazir, 1992-ci ilin sentyabrında Dövlət naziri, daha sonra Müdafiə naziri təyin edilib. 1993-cü ilin avqust ayında tutduğu vəzfədən azad edilib.
Dağlıq Qarabağın işğalı Vazgen Manukyanın Müdafiə naziri olduğu illərə təsadüf edib.  
Vazgen Manukyanın tərcümeyi-halında yazılır ki, o siyasi fəaliyyətinə tələbəlik illərində başlayıb. 1988-ci ilə qədər müxtəlif siyasi strukturların üzvü və təşkilatçısı olub.  1960-cı illərdə Ermənistanda yaradılan gizli təşkilatın üzvü olub. 1967-1968-ci illərdə Vazgen Manukyan və yoldaşları Moskva Dövlət Universitetinin nəzdində Erməni Mədəniyyəti Klubunu qurublar.
24 aprel 1967-ci ildə bir qrup erməni tələbə ilə birlikdə Moskvada Türkiyə səfirliyi yaxınlığında  mitinq təşkil edib. Bir neçə gündən sonra Vazgen Manukyan da daxil olmaqla təşkilatçılar Moskva Dövlət Universitetindən qovulub.

DİGƏR XƏBƏRLƏR

Top