Rusiyanın COVID-19 peyvəndi “Sputnik-V”nin qiyməti açıqlandı


Rusiya istehsalı olan koronavirus peyvəndi “Sputnik-V”nin qiyməti 10 dollardan (təxminən 17 AZN) az olduğu bildirilib.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) prezidenti Kirill Dmitriyev, Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi iclasında məlumat verib. Peyvəndin 2021-ci ilin əvvəlindən etibarən digər ölkələrə satılmağa başlayacağı bildirilib.
Telekonfrans yoluyla həyata keçirilən təqdimatda Azərbaycanla yanaşı, Şimali Koreya, Misir, Belarusiya, Əlcəzair, Qətər, Hindistan, Tacikistan, Özbəkistan, Azərbaycan, Sinqapur, Tayland və Suriya da daxil olmaqla 55 ölkənin nümayəndəsi iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top