Türkiyədə koronavirus əleyhinə kütləvi peyvəndin tarixi bəlli olub

Dekabrın 11-dən Türkiyədə əhalinin koronavirus əleyhinə peyvənd olunmasına başlanılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Nazirin sözlərinə görə, ilk növbədə səhiyyə işçiləri, həmçinin yaşı 65-dən çox olan vətəndaşlar peyvənd olunacaqlar. Daha sonrakı mərhələlərdə 50 yaşdan aşağı və xroniki xəstəliyi olan vətəndaşlar, gənclər və digət sektorlarda çalışanlara, son mərhələdə isə yerdə qalan bütün şəxslərə peyvənd vurulacaq.
Qeyd edək ki, vurulucaq peyvəndlər Çin istehsalıdır.

DİGƏR XƏBƏRLƏR

Top