Putin koronavirusa qarşı geniş miqyaslı peyvəndləmə barədə göstəriş verdi


Vladimir Putin Rusiyada koronavirusa qarşı geniş miqyaslı peyvəndləmə barədə göstəriş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə başçısı Baş nazirinin sosial məsələlər üzrə müavini Tatyana Qolikova ilə görüşü zamanı bildirib.
Vladimir Putin gələn həftədən həkim və müəllimlərin koronavirusa qarşı geniş miqyaslı peyvəndlənməsinə başlamaq planını açıqlayıb.
Rusiya Prezidenti ölkədə artıq 2 milyon dozaya yaxın koronavirus peyvəndinin istehsal olunduğunu bildirib.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı durmadan artır. 
İndiyə qədər ölkədə 2 milyon 347 min 401 nəfər koronavirusa yoluxub, ölənlərin sayı isə 41 min 053-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top