"Şamaxinka"dakı keçidin lifti təmir olundu


Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftində yaranan nasazlıq aradan qaldırılıb.
Bu barədə Yeniavaz.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər.
Qeyd olunub ki, yerüstü piyada keçidinin liftlərindən birində yaranan texniki nasazlıq aradan qaldırılıb: "Bu gün Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftlərindən birində texniki nasazlıq yaranıb. Nasazlıq əraziyə cəlb olunmuş təmir briqadası tərəfindən qısa müddət ərzində aradan qaldırılıb. Hazırda liftdən istifadə ilə bağlı hər-hansı bir məhdudiyyət yoxdur. Vətəndaşların nəzərinə çatdırırq ki, sözügedən liftlər fiziki məhdudiyyətli, uşaq arabası ilə hərəkət edən şəxslərin və yaşlı insanların istifadəsi üçün nəzərdə tutulub".

DİGƏR XƏBƏRLƏR

Top