Ayağını cəbhədə itirən Qazimizin qələbə rəqsi - VİDEO​


Qazi Rais Süleymanovun ötən gün Laçının azad olunması münasibətilə etdiyi rəqs sosial şəbəkə istifadəçilərinin rəğbətini qazanıb. 
Yeniavaz.com
xəbər verir ki, Qarabağın erməni işğalı altından azad olunması üçün könüllü olaraq döyüşə gedən Rais Süleymanov Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.
Döyüş vaxtı minaya düşən Raisin sol ayağı dizindən aşağı amputasiya olunub.
Qeyd edək ki, Raisin digər qardaşı Pərviz Süleymanov da döyüşlərin iştirakçısı olub.
O, Füzuli, Cəbrayıl, Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.
Pərviz 1-ci dərəcəli Döyüş Şücaəti medalı ilə təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top