Həbsxanaya narkotiki görün necə keçirmək istədilər - FOTO


Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Yeniavaz.com-a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Şərifov Əzizağa Əzizağa oğluna göndərilən banderola baxış keçirilən zaman orada olan ayaqqabının daban hissələrinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 9,280 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 1,120 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 6,339 qram olan narkotik maddə - marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top