Qazaxıstanda Rusiya peyvəndi istehsal edən zavod inşa ediləcək


Qazaxıstanda koronavirusa qarşı rus peyvəndi istehsalı üçün zavod inşa ediləcək. 
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Comart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında deyib.
Qeyd edək ki, Rusiyada bu günə qədər iki koronavirus əleyhinə peyvənd qeydə alınıb. Bunlardan biri, "Sputnik V", Rusiya Səhiyyə Nazirliyinin Gamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi, digəri Epivaccorona Vektor Mərkəzi tərəfindən hazırlanıb. 
 

DİGƏR XƏBƏRLƏR

Top