Arayik Harutyunyan Paşinyanın düşməninə "yüksək vəzifə" verdi – MARAQLI DOSYE


İşğal altında olan Qarabağdakı separatçıları başçısı Arayik Harutyunyan Vitali Balasanyanı qondarma rejimin “Təhlükəsizlik şurasının katibi” təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı separatçıları başçısı Arayik Harutyunyan sosial şəbəkə hesabından paylaşıb.
Məlumat üçün bildirək ki, general-mayor rütbəsi daşıyan Vitali Balasanyan daha əvvəl də seperatçı rejimin "Təhlükəsizlik şurasının katibi” vəzifəsini daşıyıb. Ötən ilin iyun ayında tutduğu "vəzifədən" azad edib.
Qeyd edək ki, Vitali Balasanyan keçmiş döyüşçüdür və işğalçılar arasında kifayət qədər nüfuzu olan biridir. 1990-cı illərin əvvəlində Əsgəran rayonunda yaradılan "özünümüdafiə qüvvələrinin" komandiri olub. Seperatçı rejimin müdafiə naziri olub. 2016-cı ildə baş verən "Aprel döyüşləri"ndə yaxından iştirak edib.
Son illər Vitali Balasanyanın adı üç böyük qalmaqlada hallanıb. Bunlardan biri odur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağda yaradılan "özünümüdafiə qüvvələrinin" komandiri və seperatçı rejimin ilk "müdafiə naziri" Samvel Babayan terrorçu Monte Mekonyanın Vitali Balasanyan tərəfindən öldürüldüyünü söyləyib.
İkinci qalmaqal Paşinyanın sonuncu Şuşa səfəri zamanı yaşanıb. Jurnalistlər Vitali Balasanyandan son günlər cəbhədə baş verən atışmalar barədə soruşublar. Balasanyan isə Prezident İlham Əliyevlə Paşinyanın görüşünə işarə edərək, "gedin onu "lift danışıqlarının" aparıcısı Paşinyandan soruşun", - deyib.
Üçüncü qalmaqal isə odur ki, ötən ilin sonunda Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyanın onu ölümlə təhdid etdiyini açıqlayıb.
Məlumat üçün onu da bildirək ki, bir neçə il əvvəl Ermənistan mətbuatına verdiyi açıqlamada Vitali Balasanyan bildirmişdir ki, o Azərbaycanın Milli Qəhərəmanı Allahverdi Bağırovla dost olub. Vitali Balasanyan müharibə zamanı Allahverdi Bağırovla tez-tez əlaqə saxladığını da bildirib. Xüsusən əsirlərin dəyişdirilməsində şəxsi münasibətlərin onlara çox kömək etdiyini qeyd edib.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top