Rusiyalı həkim koronavirus müalicəsində edilən təhlükəli məqamları açıqladı


Tanınmış rusiyalı həkim Pavel Evdokimenko  koronanavirus xəstələrinin müalicəsi zamanı edilən səhvlərdən danışıb.
Yeniavaz.com
“Lenta.ru”ya istinadla xəbər verir ki, Evdokimenko COVID-19 müalicəsində dərmanlardan mümkün qədər az istifadə edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, orqanizmə həddən artıq dərman qəbul etməyə ehtiyac yoxdur:
“Məsələn, koronavirusun həm antibiotiklərlə, həm də antimalarial dərmanlarla müalicə olunur. Əvvəldən bu müalicəyə qarşı idim. Və inanıram ki, bir çox hallarda bu cür müalicəyə görə xəstələrin vəziyyəti pisləşdi. Bir daha təkrar edirəm, dərhal antibiotik içməyə ehtiyac yoxdur. Ən əsası isə bu kimi prosesləri həkim nəzarəti olmadan etməyin. Çox vaxt insanlar həddindən artıq müalicədən əziyyət çəkirlər və bu hal bəzən orqanizmə xəstəliyin özündən daha çox zərər verə bilir”.

DİGƏR XƏBƏRLƏR

Top