Ermənistandakı Rusiya hərbi bazası "Suriya rejimi”ndə fəaliyyətə başladı


İrəvan yaxınlığında yerləşən Rusiya hərbi bazasının fəaliyyətə başladığı bildirilir.
Yeniavaz.com
“Lenta.ru”ya istinadla xəbər verir ki, İrəvanda yerləşdirilən Rusiya Aerokosmik Qüvvələrin əməkdaşları gecə-gündüz havada döyüş növbətçiliyi edirlər. Hazırda ən az bir Rusiya təyyarəsi havada ümumi vəziyyətə nəzarət edir. 
Qeyd edək ki, bu metod Rusiyanın Suriyada istifadə etdiyi metoddur. Bununla həm sülhməramlı qüvvələrin, həm də digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi hədəflənir.

DİGƏR XƏBƏRLƏR

Top