Şəhidin həyat yoldaşı: "6 yaşlı qızımın bu sözlərindən sonra dedim ki, mən yaşamalıyam" - VİDEO


Ədliyyə Nazirliyinin şöbə müdiri, kapitan Ruhin Xəlilov Vətən Müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Televiziyası şəhidin ailəsi ilə bağlı reportaj hazırlayıb. 3 uşaq atası R. Xəlilovun həyat yoldaşı Günel Xəlilova bildirib ki, uşaqlar ataları ilə qürur duyduqlarını deyiblər:
“6 yaşında uşaq mənə dedi ki, ana, biz atamızla qürur duyuruq. Atamız bizim fəxrimizdir. Axrıncı dəfə mənə dedi ki, bu üzün ata olacaq, bu üzün ana. Ondan sonra fikirləşdim ki, yaşamaq lazımdır”.
Reportajı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top