Ermənistanda benzinin (Aİ-95) qiyməti artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.
Qəzet yazır ki, artıq bir neçə gündür Ermənistandakı yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı benzinin bir litri 350 drama (70 sent) satılır. Verilən məlumata görə, bahalaşmanın səbəb dolların məzənnəsinin yüksəlməsidir. Bu səbəbdən də idxal olunan malların qiymətlərində artım baş verib.
Qeyd edək ki, bahalaşmadan əvvəl Aİ-95 markalı benzinin bir litri 330 drama (66 sent) satılıb.