Putin KTMT-nin iclasına rəhbərlik edəcək


Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onlayn iclasına rəhbərlik edəcək. 
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, iclasda iştirak edənlər təşkilat daxilində müttəfiqlərin qarşılıqlı fəaliyyətini və KTMT-nin səmərəliliyinin artırılması üçün gələcək səyləri müzakirə edəcəklər. Beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri barədə də fikir mübadiləsi aparılacaq. Sessiya iştirakçılarının əsas qərarları yekun bəyannamədə və digər sənədlərdə əksini tapacaq. Qeyd edək ki, hazırda KTMT-nin altı üzvü var. Bunlar, Rusiya, Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistandır. 2013-cü ildə Serbiya parlamentinin alt palatası, Əfqanıstan parlamentinin alt palatası, Belarus və Rusiya Birliyinin Parlament Assambleyası KTMT Parlament Assambleyasında müşahidəçi statusu aldı. 6 Noyabr 2014-cü il tarixində KTMT Parlament Assambleyası Çin, Hindistan, İran, Monqolustan və Pakistan parlamentlərini təşkilatın müşahidəçi olaraq fəaliyyətində iştirak etməyə dəvət edib.

DİGƏR XƏBƏRLƏR

Top