Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu Yeniavaz.com-a DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
***09:53
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.
Yeniavaz.com Report-a istinadən xəbər verir ki, R.Zeynalov təqaüdə göndərilib.
Qeyd edək ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından Respublika DYP rəisi idi.