Azərbaycanda qurulacaq Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarət mərkəzində Türkiyə və Rusiya tərəfdən eyni sayda hərbçi olacaq.
Yeniavaz.com “İnterfax.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov keçirdiyi brifinqdə deyib:
"Müşahidə mərkəzində pilotsuz uçan aparatlardan istifadə edərək pozuntuların qeydə alınması və digər mənbələrdən alınan məlumatların qiymətləndirilməsinə də nazərət ediləcək. Mərkəz, əldə olunmuş razılaşmaların pozulması ilə bağlı şikayət, sual və digər problemləri nəzərdən keçirən bir qurum olacaqdır".