İsveçdə qadının öz oğlunu evin zirzəmisində 30 il həbs etdiyi məlum olub


İsveçin paytaxtı Stokholmda polis qeyri-adi hadisənin üstünü açıb.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, isveç polisi Stokholmda yerləşən bir evin zirzəmisində bütün bədəni yara içərisində, danışa bilməyən, dişləri olmayan, 40 yaşında bir şəxs tapıb. Araşdırmalar nəticəsində həmin şəxsin 12 yaşından məktəbdən çıxarıldığı və 30 il müddətində evin zirzəmisində anası tərəfindən həbs edildiyi məlum olub. Stokholm prokuroru Emma Olson həmin şəxsin xəstəxanaya aparıldığını və faktla bağlı araşdırmaların davam etdiyini bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top