Tramp Nevadada seçki saxtakarlığı barədə şikayət ərizəsi təqdim edəcək


Donald Trampın nümayəndələri bu həftə Nevada da prezident seçkilərində saxtakarlıq iddiası ilə məhkəməyə şikayət edəcək. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Nevada ştatında seçkidə saxtakarlıq barədə bütün dəlillərə bu həftə məhkəmədə baxılacaq. Daha sonra həmin ştatda hansı namizədin qalib gəldiyi barədə son qərar veriləcək.
Qeyd edək ki, bundan əvvəl Trampın şikayətinə əsasən Viksonsin və Arizona ştatlarında səsvermə nəticələrinə yenidən baxılmışdı. Son nəticəyə əsasan həmin yerlərdə Baydenin qalib gəldiyi açıqlanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top