Erməni diplomat: “Paşinyan danışıqlar aparacağına söz verdi ancaq...”


Erməni diplomat, keçmiş Ermənistan prezidenti Ter Petrosyanın köməkçisi Jirayr Lipatiryan BBC-yə verdiyi müsahibəsində Paşinyanı tənqid edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Lipatiryan Paşinyanın danışıqlar prosesində heç bir məqbul təklif irəli sürmədiyini Qarabağ məsələsinin həlli üçün çalışmadığını bildirib:
“Dəfələrlə rəqibiniz üçün açıq şəkildə qəbuledilməz bir şərt qoyursunuzsa, deməli danışıqlar fikrini siz sabotaj edirsiniz. Nəticədə, İlham Əliyev aldandığına qərar verdi. Paşinyan mahiyyət etibarilə danışıqlar aparacağına söz verdi ancaq bunu etmədi. Əvəzində ölkədaxili problemlərin həlli ilə məşğul olmağa başladı”.
Lipatiryan müsahibəsinin davamında bildirib ki, Paşinyan hər dəfə müzakirələr zamanı söhbəti fərqli istiqamətlərdə aparmağa çalışıb. Bu da ona qarşı tərəflər arasında inamsızlığa səbəb oldu.

DİGƏR XƏBƏRLƏR

Top